İrəvan metrosunda yenə bomba həyəcanıbackend

İrəvan metrosunda yenə bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan metrosunun fəaliyyəti stansiyalara mina yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara görə dayandırılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkə metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər və istehkamçılardan ibarət qruplar yoxlamalar aparmaq üçün stansiyalara gediblər.

Xatırladaq ki, avqustun 2-də və 14-də Fövqəladə Hallar Nazirliyinə İrəvan Metropoliteninin bütün stansiyalarına mina qoyulması ilə bağlı məlumat daxil olub. Yoxlamaların nəticələrinə görə, məlumatlar təsdiqini tapmayıb. Bombalarla əlaqədar yalan siqnal verilməsi faktı ilə bağlı cinayət işi açılıb.