İrəvan -Moskva HƏRBİ ƏMƏKDAŞLIĞIbackend

İrəvan -Moskva HƏRBİ ƏMƏKDAŞLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10% azaldığını bildirib:

“Bu, Rusiyanın qərarı ilə baş verib.Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər”.