İrəvan müharibə zamanı niyə KTMT-yə müraciət etmədi? – TARİXİ ETİRAFbackend

İrəvan müharibə zamanı niyə KTMT-yə müraciət etmədi? – TARİXİ ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanla sıx əməkdaşlıq edən dövlətlər var. Buna görə də İrəvanın Qarabağdakı müharibə zamanı KTMT-yə kömək üçün müraciət etməsi nəticə verməyəcəkdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib.

O, Qarabağın Ermənistan ərazisi olmadığını etiraf edib: “Ermənistan öz sərhədləri daxilində KTMT üzvüdür. Dağlıq Qarabağ təşkilatın üzvü deyil. Bundan əlavə, KTMT-də Azərbaycanla yaxın tərəfdaşlığı davam etdirən dövlətlər var. Deməli, KTMT-də belə bir proses nəticə verməzdi”.
Publika.az