İrəvan niyə son atəşkəsi də pozdu? – Pol Qoblun cavabıbackend

İrəvan niyə son atəşkəsi də pozdu? – Pol Qoblun cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son razılaşdırılmış atəşkəsin qüvvəyə minməməsinə təəccüblənmirəm.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçüncü humanitar atəşkəsdən sonra erməni tərəfinin atəşkəsi pozmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, atəşkəsin reallaşması hələ yaxın gələcəkdə mümkün kimi görünmür: “Hər iki tərəfin bu atəşkəsi görməzlikdən gəlməsi üçün səbəbləri var: Azərbaycan tərəfi irəlilədiyi üçün, Ermənistan tərəfi isə döyüşün davam edəcəyi halda Rusiyanın onun tərəfində olacağına ümid etdiyi üçün”, – deyə o bildirib.

Xatırdalaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri bu gün səhər saat 08.00-dan qüvvəyə minən humanitar atəşkəsi pozaraq bütün cəbhə boyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini, Tovuz və Daşkəsən rayonlarını, Ağdam rayonunun kəndlərini atəşə tutur.