“İrəvan öz səfirini Minskə qaytarmaq niyyətində deyil”backend

“İrəvan öz səfirini Minskə qaytarmaq niyyətində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb və bundan sonra o, Belarusa qayıtmayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında açıq şəkildə mübahisə olub. Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ-nin növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb. Ermənistanın Baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitinə də videobağlantı vasitəsilə qoşulub. Lukaşenko tədbirdə şəxsən iştirak edib.\\Yeniavaz.com