İrəvan Qarabağda öldürülən hərbçilərin sayını açıqladıbackend

İrəvan Qarabağda öldürülən hərbçilərin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 1991-ci ildən bəri Qarabağda məhv edilən erməni hərbçilərin sayı açıqlanıb.

NOCOMMENT  xəbər verir ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın zamanında (1991-1998) Ermənistan Qarabağ döyüşlərində təxminən 7 min hərbi qulluqçu itirib.

Bundan başqa, Robert Köçəryan (1998-2008) vaxtında 92, Serj Sarkisyan (2008-2018) dönəmində isə 228 erməni hərbçi Qarabağ istiqamətində məhv edilib.

Baş nazir Nikol Paşinyanın (2018-) hökumət rəhbəri olduğu dövrdə isə Ermənistan mediasının tərəfinin təxmini məlumatlarına görə, 5 min hərbi qulluqçu bu regionda ölüb.

Modern.az yazır ki, beləliklə, tam olmayan məlumatlara görə, Qarabağda 1991-ci ildən bu günə qədər 12 320 hərbçi ölüb.