İrəvan səmasında qırıcı təyyarələr göründübackend

İrəvan səmasında qırıcı təyyarələr göründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda etirazçılar Arşakunyats prospekti ilə hərəkət edən zaman səmada qırıcı təyyarələr görünüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb

“Metronun Qaregin Njde stansiyasından hərəkət edən etirazçılar kolonnası Fransa meydanına doğru gedib. Kolonna Arşakunyats prospekti yaxınlığında gedərkən səmada qırıcı təyyarələr peyda olub. Onlar akrobatika nümayiş etdiriblər. “RİA Novosti”nin müxbiri etiraz yürüşü fonunda pilotların məşqini əks etdirən kadrlar çəkə bilib”, – agentlik bildirib.

Xatırladaq ki, 102-ci Aleksandr Nevski ordenli Rusiya hərbi bazası Ermənistanda yerləşir, xüsusən də bazanın aviasiya komponenti Erebuni aerodromunda cəmlənib.

Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etirazların başlamasından bir ay ötür. Opponentləri onun Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası zamanı Qarabağ məsələsində Azərbaycana yeni “güzəştlərə” getməyə çalışdığını hesab edir və onun planlarını dayandırmaq niyyətində olduqlarını bəyan edirlər.
Publika.az