İrəvan: Su-30-lar almışdıq, amma silahlarını…backend

İrəvan: Su-30-lar almışdıq, amma silahlarını…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su-30-lar üçün yerdə qalan komplektlərin alınması uzunmüddətli dövr üçün planlaşdırılmışdı.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Su-30 qırıcıları alınanda uzunmüddətli proses nəzərdən keçirilirdi. Yəni Su-30-lar üçün silahların alınması, plana əsasən, daha uzunmüddətli proses idi. Su-30-larla bağlı başqa problemlərimiz yox idi”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyan qırıcıların raketlərinin olmamasını bu cür izah etmişdi: “Əvvəlki hakimiyyət Su-30-ları alsaydı, biz də raketlərini alardıq”.