İrəvan: Sülh sazişinə Qarabağ bəndi sala bilmərikbackend

İrəvan: Sülh sazişinə Qarabağ bəndi sala bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilədə Qarabağın Azərbaycandan kənarda qeyd olunması sülh sazişinin pozulmasına səbəb ola bilər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sualına cavab olaraq deyib.

“Mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı sənəddə belə bir qeydin olacağını düşünmürəm. Çünki bu, əks təsir göstərə bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Ərazilərin göstərilməsi isə mümkün sülh müqaviləsini yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə çevirəcək”, – deyə spiker bildirib.