İrəvan sülh təkliflərini Bakıya Ankara vasitəsilə göndərib – İDDİAbackend

İrəvan sülh təkliflərini Bakıya Ankara vasitəsilə göndərib – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Türkiyə vasitəsilə Azərbaycana çatdırıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, təkliflər Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təqdim olunub.

Qeyd edək ki, sülh müqaviləsi ilə bağlı təkliflərin göndərilməsi barədə məlumatı fevralın 16-da Ermənistan Baş naziri Nikol Paşinyan açıqlayıb. O, hökumətin iclasında bildirib ki, Ermənistan dünən (fevralın 15-də – red.) sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb, sənəd Azərbaycana və həmsədr ölkələrə təhvil verilib.

Xatırladaq ki, Mirzoyan fevralın 15-də Türkiyəyə səfər edib. Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşən Ermənistan XİN başçısı daha sonra zəlzələ bölgəsinə baş çəkib.