İrəvan təkzib etdi: Yeni kapitulyasiya imzalanmayacaqbackend

İrəvan təkzib etdi: Yeni kapitulyasiya imzalanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla yeni dövlətlərarası razılaşmaya hazırlıq haqqında iddiaları təkzib edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Ədliyyə naziri Rüstəm Badasyan nazirliyin binası qarşısına toplaşanlara söyləyib.

“Ədliyyə Nazirliyinə hansısa razılaşma barədə sənədlər daxil olmayıb. Teelqram kanalların yaydıqları məlumat həqiqəti əks etdirmir”, – deyə nazir bildirib.

Qeyd edək ki, bundan öncə erməni mətbuatı Paşinyanın Moskvada daha bir kapitulyasiya sənədi imzalayacağı və bu dəfə Ermənistanın cənubundakı bəzi ərazilərin Azərbaycana veriləcəyi barədə məlumat yaymışdı. Bir qrup erməni müxalifət buna görə Ədliyyə Nazirliyinin önünə toplaşaraq qurumdan cavab almaq istəmişdilər..