İrəvan Zəngəzurda nəzarət məntəqəsi istəyir? – VİDEObackend

İrəvan Zəngəzurda nəzarət məntəqəsi istəyir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Caliber”in yutub kanalında yayımlanan yeni süjetdə Ermənistan hökumətinin Azərbaycanla sərhədə 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazır olmasına dair təklifi təhlil edilib.

NOCOMMENT xəbər verir ki, müəllif İrəvan tərəfindən irəli sürülən 3 nəzarət-buraxılış məntəqəsi barədə təklifin Ermənistanın kapitulyasiya zamanı üzərinə götürdüyü öhdəliklərə və nəqliyyat kommunikasiyalarının ən optimal marşrut xətti üzrə açılması prinsipinə cavab vermədiyini vurğulayıb.

“İrəvan ona yeni məyusluqlar gətirəcək oyunlara baş vurmamalıdır. Yeri heç kimə bəlli olmayan bunkerdə kapitulyasiyaya imza atıb üzərindən iki il keçəndən sonra regional oyunçuların şübhəli dəstəyini alaraq fərqli davranışlar sərgiləmək Ermənistan üçün yaxşı heç nə vəd etmir”, – deyə müəllif bildirib.