İrəvanda aksiya başladıbackend

İrəvanda aksiya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət növbəti etiraz aksiyası keçirir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları “Nikolsuz Ermənistan” şüarını səsləndirərək İrəvanın mərkəzinə doğru yürüş edirlər.

Hazırda etirazçılar ifadələrinə görə, öz funksiyalarını yerinə yetirməyən və yalnız Ermənistanın Baş naziri Nikol Paşinyanın əmrlərinin icrası ilə məşğul olan Xüsusi İstintaq Xidmətinin binasına doğru irəliləyirlər.