İrəvanda aksiya iştirakçısına cinayət işi açılıbbackend

İrəvanda aksiya iştirakçısına cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda bu gün keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər barəsində cinayət işi açılıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi məlumatına görə, aralarında ictimai fəal Vaaqn Çaxalyanın da olduğu həmin şəxslər kütləvi etirazlar zamanı ictimai qaydanın kobud şəkildə pozulması, polisin qanuni tələbinə tabesizlik, hüquq mühafizə orqanı əməkdaşına qarşı müqavimət və xuliqanlıq maddələri ilə istintaqa cəlb olunublar.

Qeyd edək ki, Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən Naminə Tavus” hərəkatı bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinə etiraz əlaməti olaraq kütləvi aksiyalara başlayıb.