KoronaVirus İnformasiya Portalı
İrəvanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıbbackend

İrəvanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyanı dağıdan üzü maskalılarının hökumətə yaxın oliqarxların cangüdənləri olduğu açıqlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu noyabrın 21-də “Qraparak” yazıb.

“Nümayişi dağıdanlar məğlub baş naziri müdafiə edən və utandıqları üçün üzünü gizlədən maskalı polislər deyildi. Onların çoxu malikanələrdə yığışan hökumətə yaxın oliqarxların cangüdənləri idi. Mühafizəçilər hökumətə qarşı olan etirazları dağıtmaq üçün üzlərinə maska taxıblar.

Başqa bir anlaşılmazlıq isə üzü maskalı həmin “polislərin” yaxasında Çin dilində təyinatı yazılmış uniforma geyinməsidir. Onlar aksiya iştirakçılarına qarşı sərt davranırdı.

Məsul şəxslər “polislər niyə belə geyinmişdi” sualımızı belə cavablandırdılar: “Polislər döyüşlərdə iştirak edib. Döyüşdən qayıtdıqlar üçün geyimləri yarasız hala düşmüşdü. Onlara belə formalar paylandı. Ermənicə polis yazılmasına vaxt çatmadı”, – deyə qəzet yazıb.

Qeyd edək ki, noyabrın 20-də Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilib.