İrəvanda ara qarışdı: Sarkisyan Paşinyanın qarşısından geri çəkilirbackend

İrəvanda ara qarışdı: Sarkisyan Paşinyanın qarşısından geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Silahlı Qüvvələrin Baş Qərargahını dəstəkləyən mitinq keçirilir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən mitinq iştirakçıları Paşinyanın istefası tələbi ilə prezident Armen Sarkisyanla görüşmək üçün avtokolonla İrəvanda küçələrə çıxıblar.

Ermənistan hüquqşünaslar palatasının sədri Ara Zöhrabyan bildirib ki, prezident onlarla görüşməsə, onun iqamətgahına gedəcəklər: “Prezidenti Nikol Paşinyanın baş qərargah rəisini vəzifəsindən azad etməsi qərarını konstitusiyaya zidd elan etməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırıq”.

O qeyd edib ki, etirazçılar prezidentdən konstitusiya borcunu yerinə yetirməsini tələb edirlər: “Sarkisyan görüşməkdən imtina edərsə, onun iqamətgahına gedəcək və nə düşündüyünü anlamağa, prezidentin qorxusunun səbəbini öyrənməyə çalışacağıq”.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də siyasi rəhbərliyin dövləti təhlükəli yönə apardığını bildirərək, Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra ölkədə siyasi böhran yaranıb. Baş nazir bu addımı “çevriliş cəhdi” adlandıraraq, Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq Prezident Armen Sərkisyan iki dəfə Paşinyanın vəsatətini geri qaytarıb. Əgər prezident bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsə, o zaman baş nazirin qərarı qüvvəyə minəcək və baş qərargah rəisi vəzifəsindən azad olunacaq.