İrəvanda ara qarışdı: Ter-Petrosyan üsyançıları dəstəklədibackend

İrəvanda ara qarışdı: Ter-Petrosyan üsyançıları dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkədə baş verənlərlə bağlı nəhayət, sükutu pozub.

NOCOMMENT.az bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, eks-prezident Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyana “müharibə” elan etməsinə açıq şəkildə dəstək verib.

“Mən yüksək hərbi komandanlığın incikliyini tam anlayıram”, deyən eks-prezident ordunun siyasi proseslərə müdaxilə mövqeyindən çıxış etməsinin, onun səlahiyyətlərindən kənar fəaliyyətlə məşğul olmasının səbəbkarının hökumət olduğunu açıq şəkildə bildirib.

Ter-Petrosyanın sözlərinə görə, ordunun hökumətə qarşı çıxması baş nazirin alçaldıcı məğlubiyyətə görə günahı orduya yükləmək istiqamətində ehtiyatsız cəhdindən qaynaqlanıb. Levon Ter-Petrosyan eyni zamanda bəzi qüvvələrin onları konstitusiyaya zidd davranışlar sərgilməyə vadar etdiyi halda, “hərbçilərin təmkinli davranışlarını alqışladığını” da söyləyib. Keçmiş prezident baş verənləri, həmçinin bəzi siyasətçilərin məsuliyyətsiz ifadələrini “son dərəcədə təhlükəli” hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, 25 fevraldan etibarən Baş Qərargah N.Paşinyanın və hökumətin istefasını tələb edir. / Musavat.com