İrəvanda atışma zamanı 39 yaşlı kişi ölüb .
NOCOMMENT.az “Shamshyan.com”a istinadən xəbər verir ki, baş nahiyəsindən güllə yarası ilə xəstəxanaya çatdırılan şəxs barədə Astgik tibb mərkəzindən polisə məlumat daxil olub.
39 yaşlı Arsen Hovsepyan tibb müəssisəsində dünyasını dəyişib.
Məlum olub ki, hadisə Malatiya-Sebastiya metropoliteninin R.Melikyan küçəsində baş verib. Hadisə yerindən 2 ədəd patron darağı və 2 ədəd patron aşkar edilib. Hadisə yerində və Astgik tibb məntəqəsində güllə izləri olan “Toyota” və “Mercedes G” markalı avtomobillər də tapılıb.
Faktla bağlı cinayət işi açılıb.