İrəvanda atışma olub, məşhur kriminal avtoritet öldürülübbackend

İrəvanda atışma olub, məşhur kriminal avtoritet öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində baş verib.

İrəvanın Kanaker məhləsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerində bir neçə silah, güllə, bıçaq aşkarlanıb.

Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə Kanakertsi Tuy ləqəbi ilə tanınan Artur Kazaryan da var.