İrəvanda Azərbaycandan gələn dərmanlar satılır?backend

İrəvanda Azərbaycandan gələn dərmanlar satılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan apteklərində Azərbaycandan gələn dərman preparatları satılır”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İrəvan sakini Kara Avetisyan öz feysbuk hesabında yazıb. O qeyd edib ki, İrəvanda aptekdən aldığı dərmanın qutusunun içindən azərbaycanca təlimat kağızı çıxıb.

“Bu gün dərman alıram və içində Azərbaycan dilində təlimat kağızı var”, – deyə Avetisyan qeyd edib.

Dərmanın Ermənistana qaçaqmalçılıq yolu ilə gətirildiyi ehtimal olunur.

“Verelq.am” saytı bildirir ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin olmamasına baxmayaraq, Azərbaycandan gələn dərmanların satılması, dərmanların qeydiyyatı və etiketlənməsi Ermənistan qanunvericiliyinin tələblərinin pozulması deməkdir.