İrəvanda erməni deputat türk agenti adlandırıldıbackend

İrəvanda erməni deputat türk agenti adlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlameninin erməni əsilli deputatı Karo Paylanın Ermənistana bir neçə günlük səfəri bu ölkədə birmənalı qarşılanmayıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, müxalifətdən olan bəzi tanınmış şəxslər Karo Paylanı “türk agenti” adlandıraraq, onun “persona non-qrata” elan olunmasına çağırış ediblər.

Xüsusilə keçmiş deputat Naira Zöhrabyan daha çox canfəşanlıq edib. O, Karo Paylanı Türkiyənin hakimiyyət dairələrinin öyrətdiyi emissar adlandırıb. Zöhrabyan sosial şəbəkələrdə Paylana qarşı kampaniya da başladıb.

Xatırladaq ki, bir neçə gündür İrəvanda olan Türkiyənin erməni əsilli deputatı Karo Paylan prezident Vaaqn Xaçatryan, eks-prezident Levon Ter-Petrosyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslərlə görüşüb. O, görüşlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini müzakirə edib, bu işə töhfə verə biləcəyini qeyd edib.

Karo Paylan Türkiyə parlamentinə Xalqların Demokratik Partiyasından deputat seçilib.