İrəvanda etirazçılar Paşinyanın istefasını tələb edirlər – VİDEObackend

İrəvanda etirazçılar Paşinyanın istefasını tələb edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzində müxalifət tərəfdarları etiraz aksiyaları keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən bildirir ki, tutqun və çiskin havaya baxmayaraq, Yerevanın mərkəzindəki Azadlıq meydanında müxalifət mitinq təşkil edib. İnsanlar “Nikol, get” şüarını səsləndirirlər.

“Hökumətin yalnız bir gündəliyi ola bilər – hakimiyyəti təhvil vermək. Biz bu hakimiyyət tərəfindən hansı xəyanətkar hərəkətlərin həyata keçirildiyini bilirik. Siz hakimiyyətdə qalmağa çalışarkən yalnız vəziyyəti daha da ağırlaşdırırsınız. Çıxın gedin!”, – deyə parlamentin vitse-spikeri, müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaqe Enfiacyan bildirib.