İrəvanda Koçaryanın rəhbərlik etdiyi blok 68% səslə liderdirbackend

İrəvanda Koçaryanın rəhbərlik etdiyi blok 68% səslə liderdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı erkən parlament seçkiləri ilə bağlı hesablama məlumatları paytaxt İrəvanda bütün ölkə ilə müqayisədə çox fərqlənir. MSK-nın məlumatına görə, paytaxtda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 68,22% səslə liderlik edir, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası isə 19,38% səs toplayıb.

NOCOMMENT.az apa.az-a istinadən xəbər verir ki, ölkə üzrə 2008 seçki məntəqələrindən 80-də səslərin hesablanmasının nəticələrinə görə, Paşinyanın partiyası keçirilən parlament seçkilərində böyük fərqlə liderlik edir.

İlk məlumatlara görə, “Vətəndaş müqaviləsi” 58%, “Ermənistan” bloku 22% səs qazanıb. Bundan başqa, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına 5% seçici səs verib.