İrəvanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıbbackend

İrəvanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevanın Derenik Demirçyan küçəsində müxalifətin bir qrup tərəfdarı parlamentin binası qarşısında toplaşıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, polis kordonu Ermənistan parlamentinə aparan küçəni və xidməti girişi bloklayıb. Hələlik asayiş keşikçiləri ilə müxalifətçilər arasında toqquşmalar baş verməyib.

Etirazçılar aksiyanın keçirildiyi yerlərdə bir neçə tonqal qalayıblar. Paşinyanın əleyhdarları arabir “Nikol davaçan” (“Satqın Nikol”) deyə qışqırır, əl çalırlar.

Məlumata görə, yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti tam dayandırılıb.

Daha əvvəl müxalifətin Vətənin Xilası Hərəkatının liderlərindən biri Vazgen Manukyan tərəfdarlarını deputatları içəri buraxmamaq üçün parlamentin bütün girişlərini bloklamağa çağırıb. O, həmçinin müxalifətçiləri parlament binası qarşısında çadırlar qurmağa səsləyib.