İrəvanda müxalifətin mitinqi başlayıbbackend

İrəvanda müxalifətin mitinqi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının bir neçə min tərəfdarı hökumətə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan da onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.