İrəvanda narahatlıq: Məlumat almışıq, təxribat olacaqbackend

İrəvanda narahatlıq: Məlumat almışıq, təxribat olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi bu gün müxalifətin İrəvanda keçiriləcək mitinqi zamanı təxribat ola biləcəyini istisna etmir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda bildirilib.

“Polis martın 3-də saat 16:00-da keçiriləcək mitinqdə təxribatların baş verə biləcəyi barədə məlumat alıb. Biz kütləvi tədbirləri qanunlar çərçivəsində keçirməyə, qanunsuz davranışlardan çəkinməyə və təxribatlara uymamağa çağırırıq”, – deyə açıqlamada qeyd olunub.

Polisin qanuni səlahiyyətləri daxilində ictimai asayiş və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyi qeyd bildirilib.