İrəvanda panika yaşanır – Milli Təhlükəsizlik Xidməti bəyanat yaydıbackend

İrəvanda panika yaşanır – Milli Təhlükəsizlik Xidməti bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti medianı və vətəndaşları ölkədə terror aktları təhlükəsi ilə bağlı yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda deyilir.

Milli Təhlükəsizlik Xidməti cəmiyyətdə panikaya düşməmək üçün vətəndaşlara rəsmi məlumat mənbələrindən istifadə etməyi, yoxlanılmamış məlumatları yaymamağı tövsiyə edib.

“Respublikada təhlükəsizlik vəziyyəti Milli Təhlükəsizlik Xidməti tərəfindən verilən səlahiyyətlər çərçivəsində tam nəzarətdə saxlanılır”, – deyə qurumun bəyanatında bildirilib.

Bundan əvvəl sosial şəbəkələrdə İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayışın terror aktı ola biləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu versiya metronun, hava limanının, parlamentin, kilsələrin, mülki və hərbi obyektlərin ərazisinə bomba qoyulması barədə kütləvi məlumatlarla “dəstəklənib”.

Daha sonra vahid informasiya mərkəzi bomba siqnallarının e-poçt vasitəsilə alındığı və izlənilməsinin çox çətin olduğu barədə bəyanat yayıb.

Xatırladaq ki, dünən İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 16 nəfər itkin düşüb, 61 nəfər idə yaralanıb.