İrəvanda partlayışda ölənlərin sayı 16-ya çatıbbackend

İrəvanda partlayışda ölənlərin sayı 16-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, ölənlərdən 10-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində son məlumata görə, 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların anbarında baş verib.