İrəvanda vəziyyət GƏRGİNDİR – Nümayişçilər heç yerə getməyəcəkbackend

İrəvanda vəziyyət GƏRGİNDİR – Nümayişçilər heç yerə getməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək. Çadır quraraq Baqramyan prospektini bağlayacaqlar.

NOCOMMENT.az xəbər verir ki, o, müxalifət hərəkatının parlament binasına yürüşünün qarşısını kəsən polisə müraciət edib. Bildirib ki, etirazçılar “yorğun adamlar deyil”, buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları gecə-gündüz şəhərin küçələrini patrul çəkməli olacaqlar.

O, bütün Ermənistan vətəndaşlarını səhər saatlarında Baqramyan prospektində parlament binası yaxınlığında çadırlarda gecələdikləri nümayişə qoşulmağa çağırıb.