İrəvanda xəstəxana işçiləri etiraz aksiyası keçirirlərbackend

İrəvanda xəstəxana işçiləri etiraz aksiyası keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda xəstəxana əməkdaşları (sanitar və tibb bacıları) etiraz aksiyası keçirirlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, işçilər “Nork” yoluxucu xəstəliklər xəstəxanasının binası qarşısında toplaşıblar.

Buna səbəb yanvarın 15-dən etibarən mərkəzin 80 əməkdaşının işdən çıxarılacağı barədə yayılan məlumatdır. Deyilənlərə görə, keçən il dekabrın 30-da xəstəxananın hüquqşünası onları bir zala toplayaraq işdən azad olunanların siyahısını oxuyub. Sonda isə onlara guya öz xahişləri əsasında işdən azad olunmaları barədə sənədə imza atmaları deyilib. İndi işçilər azad olunmalarının səbəbini bilmək istəyirlər.

İddialara görə, xəstəxana təmirə bağlanacaq.