İrəvanda XİN-in binası önündə QARŞIDURMA – Mirzoyandan tələb…backend

İrəvanda XİN-in binası önündə QARŞIDURMA – Mirzoyandan tələb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

NOCOMMENT.az xəbər verir ki, hazırda binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına gedəcəklərini bildirib.

Erməni Telegram kanalları Qalstanyanın qadınlara geri çəkilmələri üçün göstəriş verdiyini və insanları toqquşmağa hazırladığına dair məlumat yayıb.