İrəvandakı partlayışa görə Paşinyanı İTTİHAM ETDİLƏRbackend

İrəvandakı partlayışa görə Paşinyanı İTTİHAM ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Respublikasının rəhbəri vəzifəsini tutan şəxs üç il əvvəl cəmi 1 milyon dollar versəydi, dünən baş verən yanğında nə qədər insanın həyatını xilas etmək olardı”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çağaryan bildirib.

“24 saatdan çox hələ də davam edən yanğının qarşısı alınmayıb. 3 il əvvəl Paşinyana təklif vermişdik ki, yeni helikopterlər alsınlar. Amma o bizim təklifimizə heç baxmadı. Onu da vurğulamaq istərdim ki, hər bir helikopterin qiyməti baş nazirin müavininin liftinin təmiri qiymətinə, tikilən avtoparkın qiymətinə bərabər idi. Ermənistanın baş naziri postunu tutan Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətdə ittiham edirəm. Bu gün olanların hamısının günahkarı Nikol Paşinyandır. Ona görə də Paşinyanı istintaqa cəlb etmək lazımdır”, – deyə Çağaryan ittihamlar səsləndirib.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.