İrəvandakı partlayışda Rusiya izi? – Paşinyan oda düşüb…backend

İrəvandakı partlayışda Rusiya izi? – Paşinyan oda düşüb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində 16 nəfərin ölümü, 62 nəfərin xəsarət alması ilə nəticələnən partlayış Moskva ilə İrəvanı üz-üzə qoyub.

Müxalifət funksionerlərinin “Surmalu” faciəsinin Rusiya tərəfindən törədilməsi barədə açıqlamaları Moskvanı hiddətləndirib. Rusiya tərəfi buna cavab olaraq, İrəvandakı səfirlik vasitəsilə Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

İrəvandakı partlayışda Rusiyanın izinin olması haqda versiyaların ortaya atılması təsadüfi deyil. Bəzi ekspertlər hesab edirlər ki, Baş nazir Nikol Paşinyanın rəqibləri onu Rusiyanın caynaqları arasına buraxmaq istəyir. Belə iddiaların ortaya atılması hökumət rəhbərini “vurmaq” məqsədi daşıyır.

Əslində nə baş verir? “Surmalu” olayında kimlərin əli var?

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hansısa hadisədə öz günahını başqasının üzərinə yıxmaq ermənilərin köhnə adətidir: “Onlar məsələyə elə yanaşırlar ki, guya ermənilərdən başqa hamı günahkardır. Hadisə baş verən yerdə partlayıcı maddələri bir yerə yığıblar. Çox güman ki, isti havada təhlükəsizlik qaydalarını da gözləməyiblər. Nəticədə, belə olay baş verib.

Mən bu məsələyə, ümumiyyətlə, başqa aspektdən yanaşmaq istərdim.Yəni mən gördüm ki, Ermənistanda Fövqəladə Hallar Nazirliyi sistemi yoxdur. Çünki iki gün ərzində bu ölkənin Fövqəladə Hallar Nazirliyi yanğını söndürə bilmirdi. Digər yandan biz informasiyalara baxanda orada fəsadları aradan qaldırmaq üçün FHN əməkdaşları ilə yanaşı könüllülərin də çalışdığını görürük. Görün vəziyyət nə yerdədir ki, paytaxtın mərkəzində böyük ticarət mərkəzi yanır, ancaq onu söndürmək üçün şəxsi heyət yetmir, könüllülər işə cəlb olunur.

Onu da qeyd edim ki, belə texnogen hadisələrin aradan qaldırılması üçün həm də mülki müdafiə sistemi olmalıdır. Lakin Ermənistanda vəziyyət bərbaddır”.

Ermənistandakı problemlərdən söz açan politoloq müxalifətin mövcud vəziyyətdən yararlanmağa çalışdığını düşünür: “Köçəryan-Sarkisyan tandemi və onların adamları ortalığa müxtəlif versiyalar atırlar ki, guya burada Rusiyanın izi var. Bununla cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsini möhkəmləndirib, onu Paşinyanın boynuna yıxmaq istəyirlər. Göstərməyə çalışırlar ki, baxın, Paşinyanın siyasəti Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini artırır. Bununla da, Rusiyanı oyuna cəlb etmək istəyirlər. Ümumiyyətlə, onlar hər bir işə Rusiyanı cəlb edirlər. Buna misal olaraq Azərbaycanla sərhəddə olan prosesləri, Laçındakı dəhlizlə bağlı məsələləri, Qarabağda yaranan süni gərginliyi göstərmək olar. İndi də ticarət mərkəzi partlayıb, ona da Rusiyanı qatmaq istəyirlər”.

İlqar Vəlizadə hesab edir ki, əslində başlıca səbəb Ermənistanın müstəqil siyasət yeridə bilməməsindən qaynaqlanır: “Ermənistan 30 ildir mövcud olmasına baxmayaraq, özü heç bir məsələni həll edə bilməyib. Hər dəfə kiməsə üz tutur, kiminsə əli ilə nəsə iş tutmaq istəyir. Bu, artıq vərdiş halına çevirilib. Yəni özləri-özlərinə arxayın deyillər. Buna görə də, xarici iz axtarırlar, xaricdən imdad dilənirlər. Rusiyanın əli ilə nəinki Azərbaycanla olan problemlərini, hətta öz daxili problemlərini də həll etmək istəyirlər. Bu, ölkənin müstəqil olmadığını bir daha göstərir.

Qeyd etmək lazımdır ki, Rusiya kartı hazırda müxalifət üçün daha sərfəlidir. Bu kartdan istifadə etməklə onlar Paşinyan ilə Rusiya arasında olan gərginliyi daha da möhkəmləndirmək, payızda yenidən anti-Paşinyan mitinqlərinə başlamaq istəyirlər”.