İrəvandan Bakıya təyyarə uçub, xeyli sayda əsir gətirilməlidir…backend

İrəvandan Bakıya təyyarə uçub, xeyli sayda əsir gətirilməlidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çiçəklənən Ermənistan” parlament fraksiyasının keçmiş üzvü Naira Zöhrabyan maraqlı iddia ilə çıxış edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, o bildirib ki, yaxın günlərdə hərbi əsirlər kommunikasiyaları açmaq müqabilində geri qaytarıla bilərlər.

Ermənistanın “Pastinfo” nəşrinə açıqlamasında Zöhrabyan qeyd edib ki, noyabrın 30-da İrəvandan Bakıya təyyarə uçub və həftənin sonuna qədər çoxlu sayda əsir gətirilməlidir. Bu barədə əsirlərin yaxınlarına məlumat daxil olub.

Naira Zöhrabyan qeyd edib ki, onda belə bir informasiya olmadığı üçün məlumatı nə təkzib, nə də təsdiq edə bilər: “Onlara dedim ki, məndə belə bir informasiya olmadığı üçün bu məlumatı nə təkzib, nə də təsdiq edə bilərəm. Lakin Soçidəki görüşdən sonra Paşinyan, Əliyev və Putinin görüşdən məmnun qaldıqları haqda dedikləri və digər faktları birləşdirərək mən kommunikasiyaların açılması müqabilində hərbi əsirlərin yaxın günlərdə qaytarıla biləcəyini güman edirəm. Bu, sadəcə, məntiqi nəticədir, başqa heç nə deyil”.

Qeyd edək ki, hələlik rəsmi Bakı və ya İrəvan tərəfindən Azərbaycandakı işğalçı və terrorçu erməni hərbçilərinin qaytarılacağı haqda heç bir məlumat səslənməyib.