İrəvandan həyasızlıq: Separatçılarla işləyəcəklərbackend

İrəvandan həyasızlıq: Separatçılarla işləyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Laçın, Zabux və Sos əhalisinin probleminin həlli üçün “qarabağ hökuməti” ilə işləyəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bütün bu məsələləri Qarabağdakı tərəfdaşlarımızla müzakirə edirik ki, həllini tapsın. “Artsax hakimiyyəti” bu istiqamətdə işləyir. Yolun bir hissəsi və sakinlər üçün həll tapmağa hələ ilyarım vaxtımız var. Biz “arsax hakimiyyəti” ilə işləyəcəyik və həllini tapacağıq. Ermənistan hakimiyyəti mümkün problemlərə səssiz qalmayıb. İrəvan hər şeyin asan olacağına ümid etmirdi”, – deyə Qriqoryan bildirib.