İrəvandan Kərki kəndi ilə bağlı – Qərarbackend

İrəvandan Kərki kəndi ilə bağlı – Qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün 390 yaşayış məntəqəsinin siyahısını təsdiqləyib.

NOCOMMENT.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan yazıb.

O bildirib ki, Kərki kəndi istisna olmaqla, siyahıya bütün sərhədyanı yaşayış məntəqələri daxil edilib.

“Görünür, hökumət bu qərarla Tiqranaşenin (Kərki – red.) təhvil verilməsi prosesinə başlayır”, – M.Arakelyan iddia edib.

Qeyd edək ki, Ermənistan Naxçıvanın Kərki kəndini 1990-cı ildən işğalda saxlayır.