İrəvandan mesaj: Bakı və İrəvan arasında hərtərəfli sülh sazişi…backend

İrəvandan mesaj: Bakı və İrəvan arasında hərtərəfli sülh sazişi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofferi qəbul edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq barədə fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçi rolunu vurğulayıb.

Azərbaycan və Ermənistan arasında Sərhədlərin Mühafizəsi və Sərhəd Təhlükəsizliyi Komissiyasının yaradılması haqqında sazişlərin icrasına da toxunulub.

Həmsöhbətlər Qarabağdakı vəziyyəti də müzakirə ediblər.