İrəvandan şok Şuşa etirafı: Geri çəkilsək də…backend

İrəvandan şok Şuşa etirafı: Geri çəkilsək də…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Azərbaycan Ordusunun Şuşa istiqamətində uğurlarını etiraf etmək məcburiyyətində qalıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, dünən gecə brifinqdə A.Ovannisyan Şuşa ətrafında ağır döyüşlərin artıq 3 gündür davam etdiyini bildirib. O, Azərbaycan Ordusunun yeni qüvvələr cəlb etdiyini, bəzi mühüm mövqeləri ələ keçirdiyini deyib.

O, Şuşada ağır məğlubiyyətə uğradıqlarını bu sözlərlə etiraf edib: ”Hər şeyə rəğmən, panikaya düşmək olmaz. Biz geri çəkilsək belə, gələcək qələbələr naminə döyüş qabiliyyətini qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, bundan öncə “Le Mondeerməni ordusunun Şuşa ətrafında darmadağın olduğunu yazmışdı.