İrəvandan Türkiyə ilə bağlı hiyləgər addımbackend

İrəvandan Türkiyə ilə bağlı hiyləgər addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla məsələləri (dəhliz, sərhəd, sülh sazişi) həll etməmiş nədən Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət edib?

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın İrəvanın Ankara ilə münasibətlərinin normallaşdırlmasında Moskvadan vasitəçilik xahiş etməsi barədə açıqlamasına toxunaraq bildirib ki, bunun arxasında hiyləgər gediş var: “Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb. Ankara isə Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüklərini tanımağı tələb edib. Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq.

Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmi et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq.

İrəvan isə bunun əksinə, “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyunpozucu olduğunu göstərməyə çalışır”.

Politoloqun fikrincə, İrəvan Moskvanın Ankaraya “ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlamağı” məsləhət görəcəyini düşünür: “Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir”.