İrəvanın məxfi məktubu: Kəndləri boşaldın, Bakıya keçir…backend

İrəvanın məxfi məktubu: Kəndləri boşaldın, Bakıya keçir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Azərbaycanın anklavları olan kəndlərin bələdiyyə rəhbərlərinə həmin ərazilərin Bakının nəzarəti altına keçəcəyi ilə bağlı məktub ünvanlayıb.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı tanınmış erməni politoloq Edqar Elbakyan bildirib.

Onun sözlərinə əsasən, Azərbaycanın nəzarəti altına Kərki, Yuxarı Əskipara, Bərxudarlı, Xeyrimli (Kayan) kəndləri və onlara yaxın ərazilər keçəcək.

Zəngəzur vilayətinin inzibati rayon rəhbəri Xaçatur Baqdasaryan İrəvandan rayon rəhbərlərinə gələn məxfi məktublardan danışarkən qyd edib ki, bizə İrəvandan “təhlükəli əraziləri boşaldın” deyirlər, amma biz buralardan çıxmaq niyyətində deyilik.

Qeyd edək ki, Azərbaycanın anlkavları olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də geri qaytarılmayıb.