“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan Vaz markalı avtomobillərin işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı elan verib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 322.312,67 manat təşkil edir.
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin hazırda 23 milyon 601 min 41 manat 05 qəpik vergi borcu mövcuddur. Qurumun İdarə Heyətinə müvəqqəti olaraq Tahir Xəlilov rəhbərlik edir.
Satınalma prosesi qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək.