İri ticarət mərkəzlərinin açılması barədə SON MƏLUMATbackend

İri ticarət mərkəzlərinin açılması barədə SON MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İri ticarət mərkəzlərinin, “Mall”arın açılması ilə bağlı hazırda yekun bir qərar yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Hər bir addım atılan zaman onun nəticələri qiymətləndirilir. Vətəndaşların qaydalara riayət etməsi və digər qaydalar nəzərə alınmaqla bu barədə də növbəti vaxtlarda qərar qəbul ediləcək”, – deyə H.Hacıyev bildirib.