İrina Zaretska ağlayaraq üzr istədi: “Məni bağışlayın, cənab Prezident …”backend

İrina Zaretska ağlayaraq üzr istədi: “Məni bağışlayın, cənab Prezident …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio Olimpiadasının gümüş mükafatçısı, karateçi İrina Zaretska finalda misirli Ferjal Abdelazizə məğlub olduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın Tokioda qızıl üçün son ümidi olduğunu başa düşdükdən sonra idmançı daha da kədərlənib.

İrina qızıl medal qazana bilmədiyi üçün ağlayaraq üzr istəyib:

“Əvvəla, bağışlayın, cənab Prezident. Bilirəm ki, azərbaycanlı idmançılar arasında qızıl medal qazanmaq şansı olan sonuncu təmsilçi mən idim. Və hədəfimə çox yaxın idim. Mənim üçün bir saniyə kifayət etmədi və indi bunun nə qədər vacib olduğunu anlayıram. Mənə dayaq olan, mənə kömək olan hər kəsə çox təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl gözləyirdi. Mənə çox yazdılar, dəstək oldular … Bağışlayın”. /Bizim.Media