İrlandiyada bıçaqlı hücum: 3-ü uşaq olmaqla 5 nəfər yaralanbackend

İrlandiyada bıçaqlı hücum: 3-ü uşaq olmaqla 5 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın paytaxtı Dublinin Parnell meydanında bıçaqlı hücum olub. Hücum zamanı 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, xəsarət alan uşaqlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

İrlandiya mətbuatında yer alan xəbərlərdə təcavüzkarın polis tərəfindən nəzarətə alındığı və təcavüzkarın özünü yaraladığı bildirilib.

Xəbərdə hücumun məktəbə yaxın ərazidə həyata keçirildiyi, hücumun səbəbinin hələlik məlum olmadığı bildirilib.