İrlandiyanın Baş naziri Ukraynaya səfər edibbackend

İrlandiyanın Baş naziri Ukraynaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın baş naziri Leo Varadkar Ukraynaya rəsmi səfərə gəlib. O, artıq Rusiya cinayətlərinin qurbanı olan Buçaya baş çəkib və prezident Vladimir Zelenski ilə görüşüb.

Bu barədə NOCOMMENT.az Baş Prokurorluğun Telegram kanalına istinadən xəbər verir .

Baş prokuror Andriy Kostin Buçiyə səfəri zamanı İrlandiyanın baş nazirinə şəhərin işğalı zamanı Rusiya cinayətləri və mülki əhalinin kütləvi qətlləri barədə məlumat verib.

“O qeyd edib ki, bu cinayətlərin sistematik xarakter daşıması onu göstərir ki, təcavüzkar ukraynalıları milli kimliklərinə və ukraynapərəst mövqelərinə görə təqib edir. Oxşar hallar işğaldan azad edilmiş digər şəhərlərdə də qeydə alınır”, – mətbuat xidməti yazır.