“İrşad Electronics” müştəriləri belə ALDADIR – ŞİKAYƏTbackend

“İrşad Electronics” müştəriləri belə ALDADIRŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir müştəri “İrşad Electronics”dən məhsul alarkən aldadıldığını iddia edib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə danışan jurnalist İlknur Salamova bildirib ki, adıçəkilən mağaza onun istehlakçı hüquqlarını kobud şəkildə pozub.

Onun sözlərinə görə, mağazanın internet saytında məhsulların qiymətini rəqiblərindən xeyli aşağı qoyub, kasıbların diqqətini cəlb edirlər:

“Ancaq mağazaya gedəndə tamam fərqli mənzərə ilə qarşılaşırsan. Səhifədə ilkin ödənişin adı çəkilməsə də, mağazaya addımını atan kimi deyirlər ki, bəs məhsulun qiymətinin 50 faizini ilkin ödəməlisən. Əgər 50 faiz ilkin ödəniş edə bilirəmsə, niyə kredit götürüm?

Ən absurd məqamlardan birini də deyim. İki ildir rəsmi iş yerim olmasına, üstəlik yüksək rəsmi maaş almağıma baxmayaraq “İrşad Electronics”in əməkdaşları deyir ki, “xanım, sizin iş yerini rəsmi iş yeri kimi qeydə ala bilmərik”. Nə üçün? Çalışdığım iş yerində ən az 20 rəsmi işçi olmalı imiş. Sanki krediti mən yox, iş yerim götürür. Bu qədər cəngəllik qaydası olar?

Dövlət, hökumət mənim çalışdığım yeri MMC kimi qeydiyyatdan keçirib, 10-dan çox rəsmi və daimi işçi var. Mənim pensiya fondum, sığortam, hər şeyim tamdır. Bunlar isə deyir ki, rəsmi iş yeri deyil.

Sonra bildirirlər ki, müəllim və ya həkim deyilsən. Əgər müəllim və ya həkim olsan, 300 manat maaşın da olsa, sənə 3 minlik məhsul verə bilərik. Hamı müəllim və ya həkim olmalıymış, bunu qoydum bir kənara, yazıq müəllim, o maaşla yüksək məbləğdə krediti necə ödəyəcək?”

İlknur Salamova hesab edir ki, bu cür mağazalar şəbəkəsi Azərbaycanı qəbilə dövləti zənn edirlər: “Bəzən görürsən ki, tək şəxsiyyət vəsiqəsi ilə nəyisə kredit verdiklərini deyirlər. Yaxınlaşırsan, başlayıb Bakıda yaşayan bütün qohum-əqrəbalara bir-bir car çəkirlər ki, filankəs filan şey alır. Niyə axı? Məqsəd nədir? Şəxsiyyət vəsiqəm, əlaqə nömrəm, ev ünvanıma qədər bütün məlumatlarımı sizə təqdim edirəm də… Bir-birini təkrarlayan bu qədər inzibati tədbirlərə nə ehtiyac var?

Təbii ki, əməkdaşlara bir söz demirəm. Çünki onlar işi tapşırığa uyğun icra edirlər. Sadəcə idxal olunan texnoloji məhsulları normal, mədəni qaydalar çərçivəsində sata bilməməyimiz əsl tragikomediyadır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

konkret.az