İş adamı Azərbaycandan köçür – Qəbələdəki hotelini satışa çıxardıbackend

İş adamı Azərbaycandan köçür – Qəbələdəki hotelini satışa çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.

25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.

Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.

Hotel 2018-ci ildə istismara verilib.

Xatırladaq ki, bundan əvvəl Qəbələ rayonunun Vəndam qəsəbəsində tikintisi dayandırılan daha bir hotel kompleksli istirahət mərkəzi də satışa çıxarılıb.