Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila bir milyon tibbi maska göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
İsveçrəli iş adamı Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.
Humanitar yardım Sumqayıt şəhər bir saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından İsveçrəli iş adamı Abdulla Şatilaya minətdarlıq ifadə olunub.