İş adamları regionlara niyə sərmayə qoymur? – Açıqlamabackend

İş adamları regionlara niyə sərmayə qoymur? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu günə qədər iş adamları regionlara investisiya yatırmaq, hansısa bir istehsalat müəssisəsi yaratmağa o qədər də maraq göstərməyiblər. Nəticədə ölkənin iqtisadi potensialının 90 faizindən çoxu Bakı şəhəri və Abşeron yarımadasında cəmləşib. Bölgələrdə fəaliyyət göstərən sahibkarlara lazımi güzəştlər edilsə, bu, sərmayələrin regionlara doğru axmasına rəvac verəcək”.
NOCOMMENT.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
O qeyd edib ki, sahibkarların regionlara axını üçün güzəştlərin olması vacibdir:
Bakupost.az
“Regionların inkişafı üçün müəyyən addımlar atılmalıdır. Bu, vacibdir. Son 30 ildə bu, ciddi şəkildə unudulub. Bunun nəticəsidir ki, nəzarət olunmayan daxili urbanizasiya paytaxt ətrafında yaşayış şərtlərini dözülməz hala gətirib çıxarıb. Regionlar da boşalıb”.