İş adamları Rusiyada sıxışdırılır? — AÇIQLAMAbackend

İş adamları Rusiyada sıxışdırılır? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşı cavab tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqəti əks etdirmir”​.

NOCOMMENT.az xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı İlham Rəhimov Musavat.com-a açıqlamasında bildirib.

İ.Rəhimovun sözlərinə görə, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır.

“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova, mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”, – deyə iş adamı əlavə edib.

Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılıb.